"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandanın ingilis hücumçusu Harii Keynin Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində səfərdə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyuna necə hazırlaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Harri ruhən qalibdir. Onun üçün İngiltərəyə qayıtmaq, "Old Trafford"da meydana çıxmaq xoş olacaq. Məncə, Harri o anı səbirsizliklə gözləyir. Keyn fantastik peşəkar və əla oğlandır. Özünü Almaniyada çox yaxşı hiss edir. Münhendə ingiliscə danışanların sayı çoxdur və bu məqam ona yardımçı olur".
Qeyd edək ki, "Mançester Yunayted" - "Bayern Münhen" qarşılaşması sabah keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.