Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kel gələn yay vəzifəsini tərk edəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın baş məşqçisi Edin Terziçi onun yerinə əsas namizəd hesab edir.
Bu, klubun baş direktoru Hans-Yoahim Vatskeyə Dortmund azarkeşlərinin pərəstiş etdiyi Terziçi klubda saxlamağa imkan verəcək. Hazırda idman direktoru ilə məşqçi arasında müəyyən fikir ayrılıqlarının olduğu bildirilir.
Bundesliqanın 14 turunun nəticələrinə əsasən, "Borussiya" liderdən 11 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Eyni zamanda, komanda Çempionlar Liqasının pley-off mərhələsinə "ölüm qrupu"ndan - PSJ, "Milan" və "Nyukasl" ilə mübarizədən çıxmağı təmin edib.
Mirağa