“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klub rəhbərliyindən cinah yarımmüdafiəçisi Ceydon Sançonu komandadan buraxmağı xahiş edib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" futbolçunu Rafinya ilə dəyişmək təklifi ilə “Barselona”ya müraciət edib.
Bu barədə informasiyanı "Diario Gol" yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar 2021-ci ilin yayında Sanço üçün Dortmund "Borussiya"sına ödədikləri 85 milyon avronu bu şəkildə kompensasiya etməyə çalışır.
Sanço hazırda niderlandlı mütəxəssislə münaqişəyə görə "Mançester Yunayted"in əsas komandasından uzaqlaşdırılıb.
Mirağa