Braziliyanın "San-Paulu" klubu "Zenit"in müdafiəçi Beraldo üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Band.uol" yayıb.
Xəbərə görə, ruslar "sambaçı"ya görə 18 milyon ödəmək istəsələr də, "San-Paulu" razılaşmayıb. Mənbə Braziliya təmsilçisinin 20 yaşlı Beraldonu yüksək səviyyəli çempionatda mübarizə aparan Avropa klubuna satmaq və böyük məbləğdə pul qazanmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçunun "San-Paulu" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.