"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold komandasının İngiltərə Premyer Liqasının turnir cədvəlində liderliyi ələ keçirməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:
"Hələ hər şey qaydasındadır. Biz yaxşı vəziyyətdəyik, amma bu, hələ başlanğıcdır. İndi mövsümün çox gərgin mərhələsidir. Oyunları qələbə ilə başa vurmağa davam etməli, bir qədər də sürət yığmalıyıq. Hərçənd bu anadək etdiklərimizə görə şadıq".
Qeyd edək ki, 16 turdan sonra 37 xalı olan "Liverpul" İPL-in turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Arsenal" 36 xalla 2-ci, "Aston Villa" (35 xal) isə 3-cü sırada mövqe tutub.