İtaliya futbolunun canlı əfsanəsi Roberto Baco niyə ekspert qismində fəaliyyət göstərmədiyinin səbəbini deyib.
Fanat.Az xəbər verir ki, "Football Talk" onun dediklərini belə çatdırıb:
"Oyunçuları mühakimə etməkdən xoşum gəlmir. Məhz buna görə də televiziya eksperti olmaq istəmirəm. Meydanda üç keçid edə bilməyən bəzi həmkarlarımın televiziyada oyunuları necə qınadıqlarını görürəm".
Xatırladaq ki, karyerası ərzində yalnız müxtəlif İtaliya klublarının formasını geyinən Baco 1993-cü ildə "Qızıl top" mükafatını qazanıb.