Azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, adıçəkilən komanda Şərq zonasında qrup mərhələsinin sonuncu - 6-cı turu matçında Yaponiya təmsilçisi “Kofu” ilə qarşılaşıb.
“Buriram Yunayted” doğma meydanda qarşılaşdığı bu rəqibə 2:3 hesabıyla uduzub.
8 oyunluq cəza almış Şeydayev bu görüşün iştirakçısı olmayıb.
H qrupunda yer alan “Buriram Yunayted” qrup mərhələsini 6 xalla sonuncu pillədə başa vurub.