"Yuventus"un və İtaliya milli komandasının əfsanəsi olan Corco Kyellini 39 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, bu barədə 39 yaşlı futbolçu “İnstaqram" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
“Həyatımın ən gözəl və gərgin səyahəti idin. Səninlə bənzərsiz və unudulmaz bir yol keçdim. Amma indi yeni bir hekayəyə başlamağın, yenilərlə qarşılaşmağın vaxtıdır. Mətinliklərlə üzləşin və həyatın daha vacib və həyəcanlı səhifələrini yazın”.
Qeyd edək ki, "Yuventus"la çoxsaylı uğurlar qazanan müdafiəçi sonuncu dəfə MLS komandalarından olan "Los Anceles"də çıxış edib.
Nahid Məmmədov