İspaniyanın "Sevilya" klubu Çempionlar Liqasının son qrup oyununda "Lans"a uduzaraq (1:2) avrokubokla vidalaşıb.
Fanat.Az xəbər verir ki, beləliklə, əndəlusiyalılar 10 ildən sonra uğursuzluqla üzləşiblər.
Belə ki, "Sevilya" 2012/13 mövsümündən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində oynamayacaq
Maraqlıdır ki, 2013/14 mövsümündən etibarən "Sevilya" müntəzəm olaraq istənilən Avropa kubokunun pley-off mərhələsində çıxış edib: istər Çempionlar Liqası, istərsə də Avropa Liqası. O vaxtdan bəri "Sevilya" beş dəfə UEFA Avropa kubokunu qazanıb.
“Sevilya” sonuncu dəfə avrokubokların pley-off mərhələsində oynamadığı mövsümdə ümumiyyətlə qitə turnirlərinə vəsiqə qazanmayıb.
Mirağa