UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dekabrın 14-də İsveçin "Hekken" komandasını qəbul edəcək.
Tanınmış futbol mütəxəssisi, "köhlən atlar"ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevlə əlaqə saxlayıb təmsilçimizin həlledici oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyunu çox səbirsizliklə gözləyirik. Şanslarımız böyükdür. Bu oyunda mütləq qalib gəlməliyik. Avrokuboklarda daha bir ilkə imza atmalıyıq. Öz oyun dəsti-xəttimizi qorumalı və müdafiədə çox diqqətli oynamalıyıq".