Çempionlar Liqasının 6-cı turunun “Mançester Yunayted”lə oyunu (1:0) “Bayern Münhen”in qapıçısı Manuel Noyer üçün yubileylə əlamətdar olub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 37 yaşlı qolkiper klub səviyyəsində 700-cü oyununa çıxıb.
Mənbənin hesablamasına görə, Noyer həmin qarşılaşmaların 318-də qapısından qol buraxmayıb.
Manuel Noyer 2011-ci ilə qədər "Şalke"də çıxış edib, sonra isə "Bayern"ə keçib. Başqa sözlə, o, 12 ildir ki Münhen nəhəngindədir.
Mirağa