“Çelsi”nin keçmiş müdafiəçisi, hazırda “talkSPORT” radiosunun aparıcısı Ceyson Kandi London klubunun ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə bağlı təəssüratını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Chelsea Chronicle" Kandinin tənqidi fikirlərini belə təqdim edib:
“Hər kəs sürətli futbolçulara sahib olmaq istəyir. Lakin bəzən belə sürətli oyunçuların beyinləri ayaqları qədər sürətli işləmir. Mixail Mudriuk də elələrindədir. Onun ayaqları beynindən daha sürətli işləyir".
"Çelsi" Premyer Liqada 16 turdan sonra 5 qələbə, 7 məğlubiyyət və 4 heç-heçəlik nəticə ilə 12-ci pillədə qərarlaşıb. Mudrik meydana çıxdığı 14 görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa