"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Union" üzərində qazandıqları qələbəni (3:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Müsbət məqam Dani Sebalyosun özü və bizim üçün qol vurmasıdır. O, həm də əvəzlənmədən mübarizə apardı.
Xoselu öz keyfiyyətlərini ortaya qoydu. O, cərimə meydançalarında son nöqtəni qoymağı əla bacarır. Biz onun bu keyfiyyətindən oyunun ikinci yarısında olduğu kimi daha çox istifadə etməyə çalışmalıyıq. İlk yarıda çox yaşı oynasaq da, Xoseludan az faydalandıq. İlk yarıda bir zərbə ilə yadda qaldı, amma ikinci hissədə iki qol vurdu.
Zədəlilərlə bağlı problem az oynayan futbolçularımız üçün şans yaratdı və onlar bundan pis istifadə etmədilər".
Qeyd edək ki, 18 xal toplayan "Real" C qrupunu 1-ci, "Napoli" (10 xal) 2-ci, "Braqa" (4 xal) 3-cü, "Union" (2 xal) sonuncu yerdə başa vurub.