"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, "Bayern" indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan Kimmixlə anlaşma yeniləyə bilməsə, onu yayda "Barselona"ya satacaq. Mənbə orta xətt oyunçusunun Münhen klubunu Kataloniya təmsilçisinə dəyişmək varinatına isti yanaşdığını vurğulayıb. Onun özünü Bundesliqa sərhədlərindən kənarda yoxlamaq istədiyi bildirilib.