Qış transfer pəncərəsində "Çelsi"ni tərk etməyə əsas namizəd bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, "göylər" müdafiəçi Trevo Çaloba ilə yolları ayırmaqda qərarlıdır. Mənbə London klubunun 24 yaşlı oyunçuya özünə yeni iş yeri tapmağı məsləhət gördüyünü vurğulayıb.
Qeyd edək ki, Çaloba bu mövsüm zədə üzündən meydana çıxa bilməyib. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat