"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "talkSPORT" yayıb.
Xəbərə görə, 22 yaşlı oyunçu "Barselona" və "Atletiko Madrid"in diqqət mərkəzindədir. İspaniya nəhənglərinin yaxın günlərdə "qırmızı şeytanlar"a rəsmi təklif göndərməyi planlaşdırdıqları vurğulanıb.
Qeyd edək ki, Qrinvud hazırda icarə əsasında "Xetafe"nin formasını geyinir. "Xetafe" forması ilə bütün turnirlərdə 14 oyun keçirən ön xətt oyunçusu 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MY ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.