Başa çatmaqda olan 2023-cü ildə “Google” axtarış sistemində adı ən çox axtarılan idmançıların kimliyi müəyyənləşib.
Fanat.Az "Championat"-a istinadən xəbər verir ki, birinci yeri NFL-də çıxış edən (ABŞ futbolu) “Buffalo Bills”in yarımmüdafiəçisi Damar Hemlin tutub. İkinci yerdə Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe olub. Üçüncü yerdə isə “Kanzas-Citi Çifs”in (NFL) Trevis Kelsi qərarlaşıb. Futbolçulardan “Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn beşinci yeri tutub.
Maraqlıdır ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən daha bir ulduz forvard Krişitanu Ronaldu 2023-cü ildə “Google”da axtarılan ilk 10 idmançı sırasına düşməyiblər.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildə “Qızıl top”u alıb. Argentinalı keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Kriştianu Ronaldu isə 2023-cü ilin yanvarından “Ən-Nəsr”də çıxış edir. O, bu il 50 qol vurmaqla diqqət çəkib.
Mirağa