"Brayton"un baş məşqçisi Roberto De Dzerbi UEFA Avropa Liqasının 6-cı turunda qarşılaşdıqları "Olimpik Marsel"lə oyunun (1:0) nəticəsini pley-off mərhələsinə vəsiqə qazanmalarını şərh edib.
Fanat.Az xəbər verir ki, “Belfast Telegraph” təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Oyundan əvvəl uşaqlara dedim ki, bu matç onlar üçün rəqib oyunçulardan daha vacibdir. Çünki “Olimpik Marsel” avrokuboklarda oynamağa öyrəşib. Qrup mərhələsini birinci yerdə başa vurmaq "Brayton" üçün tarixi məqamdır.
Matç zamanı atmosfer inanılmaz idi. İlk turun oyununda “Olimpik Marsel”ə 0:2 hesabı ilə uduzandan sonra çox dəyişdik və həmin matçdan sonra ardıcıl 4 görüşdə qol buraxmadan qalib gəldik. Bu, sadəcə olaraq inanılmazdır”.
Qeyd edək ki, "Brayton" Avropa Liqasının B qrupunda 13 xal toplayıb və pley-off mərhələsinə 1-ci yerin sahibi kimi yüksəlib.
Mirağa