Rusiyanın “Rostov” klubu “Roma” ilə FİFA-dakı məhkəmə çəkişməsinin nəticəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa klubu "Telegram" kanalında açıqlama yayıb.
Ruslar İtaliya nəhəngini bbu ilin sentyabrında hücumçu Eldor Şomurodova görə məhkəməyə verib. FİFA-nın futbol tribunalına şikayətin səbəbi özbək forvardın 2021-ci ildə "Cenoa"dan "Roma"ya transfer olunarkən ruslara təzminat ödənilməməsidir.
Klubun açıqlamasında qeyd olunub ki, FİFA onların şikayətinə baxılaraq iddalarını tam təmin edib.
Qeyd edək ki, “Cenoa” Şomurodovu 2020-ci ildə “Rostov”dan 9,5 milyon avroya alıb. Bir il sonra Eldor 18 milyona “Roma”ya satılıb. Özbəkistanlı futbolçu hazırda "Kalyari"də icarə əsasında çıxış edir.
Mirağa