İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen Avropa Liqasının 1/8 finalına vəsiqə qazanan "Brayton"dan danışıb.
Fanat.Az xəbər verir ki, "Eurosport" onun dediklərini belə çatdırıb:
"Bilirəm ki, "Brayton" bu turnirdə ilk dəfə çıxış edir. Amma heç kim 1/8 finalda bu komanda ilə üz-üzə gəlmək istəməz, heç kim. "Qağayılar" Avropa Liqasına yaxşı başlamasalar da, yekunda qrupda birinci yeri tutdular. İndi onlar müəyyən müddət rahatlaşa, gördükləri işdən zövq ala bilərlər. 1/8 finala birbaşa vəsiqə üstünlükdür. Çünki "Brayton" Çempionlar Liqasından gələn rəqiblərlə oynamaq məcburiyyətində deyil".
Xatırladaq ki, AL-in qrupunda son oyununu evdə "Olimpik Marsel"ə qarşı keçirən "Brayton" 1:0 hesablı qələbə qazanıb. İngiltərə təmsilçisi qrupdakı mübarizəni 13 xalla başa vurub.
Nihat