"Bayern Münhen"in yarımmüdafiəçisi Jozua Kimmix özünə futbol agenti götürmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bayern & Germany" yayıb.
Mənbənin məlumatına görə, yarımmüdafiəçi alman nəhənginin təmsilçisi olmayan yeganə oyunçusudur.
Kimmixin "Bayern" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Mətbuat "Barselona"nın yarımmüdafiəçini transfer etməkdə maraqlı olduğunu yazıb. Agentlə əməkdaşlığın Yozuanın məhz "Camp Nou"-ya transferinə hesablandığını iddia edib.
28 yaşlı yarımmüdafiəçi cari Almaniya çempionatında “Bayern”in heyətində 11 oyun keçirib. Kimmix bu görüşlərdə bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa