"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Fransanın PSJ klubunun "radar"ındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Zone" yayıb.
Mənbənin məlumatına görə, Kazemiro ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İtaliyanın adı açıqlanmayan klubu da maraqlanır. Braziliyalı futbolçu qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Kazemiro fevralda 32 yaşını qeyd edəcək. Bu mövsüm o, 12 rəsmi matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" Kazemironun dəyərini 40 milyon avro qiymətləndirirlər.
Mirağa