Üç İngiltərə nəhəngi "Real Madrid"in ulduzu Cud Bellingemin kişik qardaşı Cob Bellingemi heyətə qatmağı planlaşdırır
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Ekrem Konur yayıb.
Xəbərə görə, Çempionşip təmsilçisi "Sanderlend"in formasını geyinən Cobun komandasının "Bristol Siti"yə qarşı keçirdiyi oyunu (1:0) "Liverpul", "Arsenal" və "Çelsi"nin skautları izləyiblər. Mənbə bu klublarla yanaşı, "Tottenhem"in də 18 yaşlı yarımmüdafiəçinin transferi üçün "Sanderlend"ə təklif hazırladığını diqqətə çatdırıb.
Xatırladaq ki, cari mövsüm bütün turnirlərdə 22 matça çıxan Cob 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.