Almaniyanın "Leyptsiq" klubunun yarımmüdafiəçisi Emil Forsberq karyerasını ABŞ-da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İsveç millisinin üzvü "Nyu York Red Bullz"a keçib.
Məlumatı MLS təmsilçisinin mətbuat xidməti yayıb. 32 yaşlı Forsberq 3+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Emil cari mövsüm "Leyptsiq" forması ilə 21 rəsmi oyun keçirib. Bu qarşılaşmalarda 4 qol vuran yarımmüdafiəçi 1 məhsuldar ötürmə müəllifi olub.