"Barselona"nın müdafiəçisi Joau Kanselu futbolçuların baş məşqçi Xaviyə olan inamının itməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Managing Barca" onun dediklərini belə çatdırıb:
“Hamımız Xavini dəstəkləyirik. Mətbuatda yazılanları unudun, mən sizə həm özüm, həm də komanda yoldaşlarım barədə həqiqəti deyirəm. O, heyrətamiz insan və əfsanədir! Xavi həmişə komandaya nəyin faydalı olacağını axtarır. Onunla işləmək çox xoşdur”.
Daha öncə İspaniya mətbuatında İlkay Gündoğan, Frenki de Yonq, Robert Levandovski və Mark-Andre ter Ştegen də daxil olmaqla, Kataloniya təmsilçisinin əksər futbolçularının Xaviyə güvənmədiyi haqda məlumatlar dərc edilmişdi.