"Ardıcıl dörd qələbə necə toparlandığımızın göstəricisidir".
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bunu "Everton"un müdafiəçisi Maykl Kin deyib.
Kin daha öncə maliyyə feyr-pleyini pozduğu üçün hesabından 10 xal silinən Liverpul təmsilçisinin futbolçusu mövcud vəziyyəti dəyərləndirib: "Pis və yaxşı vaxtlarda toparlanmağı bacarmaq əsl komanda ruhu deməkdir. Son üç ildə çətin durumlardan çıxış yolu tapmışıq. Azarkeşlərə ruhən sarsılmadığımızı göstərmək möhtəşəmdir.
Problemi əlavə motivasiya mənbəyi saymaq? Düşünürəm ki, son vaxtlar nələrsə yaxşıya doğru dəyişib. Bir-birimiz üçün səylə çalışırıq. Baş məşqçi bizi oyunlara kökləyir, qələbələr gəldikcə inam da artır. Düzgün istiqamətdəyik".