Braziliya futbol tarixinin 10 ən yaxşı futbolçusunun adını açıqlanıb.
Fanat.Az xəbər verir ki, "FourFourTwo" nəşrinin tərtib etdiyi siyahının ilk "onluğ"unda karyerasını başa vurmuş doqquz oyunçu və "Seleçao" tarixinin ən yaxşı bombardiri Neymar yer alıb.
2023-cü ildə o, millinin heyətində vurduğu qolların sayına görə Peleni ötsə də, reytinqdə cəmi 9-cu yeri tutub. Ümumilikdə Neymar üç DÇ-də oynayıb, Pele isə üç dəfə mundialın qalibi olub.
Qeyd edək ki, ilk "onluq"da Kaka (11), Roberto Karlos (12) və digər məşhur futbolçular yer almayıb.
Tarixin ən yaxşı 10 braziliyalı futbolçusu:
1. Pele
2. Ronaldo
3. Qarrinça
4. Ronaldinyo
5. Romario
6. Rivaldo
7. Ziko
8. Jairzinyo
9. Neymar
10. Sokrates
Mirağa