"Sofascore" İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Liverpul" - "Mançester Yunayted" oyununun ən yaxşısını açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, 0:0 hesabı ilə bitən qarşılaşmada ən yüksək qiymət "qırmızı şeytanlar"ın qolkiperi Andre Onanaya verilib.
Kamerunlu qolkiperin çıxışı 9,3 balla qiymətləndirilib. Sözügedən qolkiper bu matçda 8 seyv, 1 uğurlu çıxış, 57 topa toxunuş, 30 dəqiq ötürmə (65 faiz) və 1 hava mübarizəsində qazanılan üstünlüklə yadda qalıb.