"Mançester Yunayted"in niderlandlı yarımmüdafiəçisi Donni van de Bekin karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, o, icarə əsasında "Ayntraxt"ın formasını geyinmək üçün qarşıdakı 24 saat ərzində tibbi müayinədən keçəcək.
Mənbə icarə müqaviləsinin bu həftə imzalanacağını vurğulayıb.
Qeyd edək ki, MY 26 yaşlı Donnini 2020-ci ildə "Ayaks"dan transfer edib. Cari mövsüm əsas heyətdəki yerini itirən orta xətt oyunçusu "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə cəmi 2 matça çıxıb və bu qarşılaşmalarda 21 dəqiqə oynayıb.