PSJ-nin baş məşqçisi Luis Enrike ilə komandanın ulduz hücumçusu Kilian Mbappenin münasibətləri kritik həddə çatıb.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Équipe" yayıb.
Xəbərə görə, Mbappe ispan mütəxəssisin oyun fəlsəfəsinə qarşıdır. Mənbə 24 yaşlı forvardın mərkəz hücumçusu mövqeyində oynadılmasından narazı qaldığını və sol cinahda yer almağı daha uyğun saydığını vurğulayıb.
Xatırladaq ki, "Lill"ə qarşı keçirdikləri çempionat oyununda (1:1) fərqlənən Mbappe vurduğu qolu bayram etməyib. Əksər mütəxəssislər bu məqamı Enrikeyə qarşı etiraz kimi qiymətləndiriblər.