İngiltərənin "Nottingem Forest" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi rəsmi saytında Nuno Eşpiritu Santunun keçidini elan edib.
Portuqaliyalı çalışdırıcı "meşəçilər"lə iki il yarımlıq müqavilə imzalayıb.
Santu bir gün əvvəl qovulan Stiv Kuperi əvəzləyib.
Nunu Eşpiritunun son iş yeri Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu olub. Orada bir ildən çox işlədikdən sonra 49 yaşlı mütəxəssis Kərim Benzema ilə münaqişə zəminində qovulub.
O, əvvəllər "Rio Ave", "Valensiya", "Portu", "Vulverhempton" və "Tottenhem"də də çalışıb.
"Nottingem Forest" 17 turdan sonra 14 xalla hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci yerdədir.
Mirağa