PSJ-nin qapıçısı silahlı hücuma məruz qalıb.
Fanat.Az "RTP Desporto" ya istinadən xəbər verir ki, hadisə bazar ertəsi gecə saatlarında qeydə alınıb.
Paris təmsilçisinin qolkperi Aleksandr Letelyenin evinə baqsın edən cinayətkarlar onu həyat yoldaşı və iki uşağı ilə birlikdə aparıblar.
Mənbə bildirir ki, oğrular onlardan pul almaqla yanaşı, Letelyenin həyat yoldaşının üzünə zərbələr endirib və cütlüyü bıçaqla hədələyiblər.
Qeyd edək ki, cinayəti törədən 4 nəfərdən üçü artıq həbs edilib.