"Barselona"nın cari mövsüm gözlənilən oyunu sərgiləyə bilməyən Robert Levandovski ilə bağlı yekun qərarı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, 35 yaşlı oyunçunun məhsuldarlığı aşağı düşsə də, Kataloniya təmsilçisi onu satmaq niyyətindən uzaqdır. Mənbə polşalı forvardın nəinki qışda, heç cari mövsümün sonunda da iş yerini dəyişməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Levandovski "Barselona"ya 2022-ci ilin yayında, 45 milyon avro qarşılığında "Bayern Münhen"dən transfer olunub. Bu mövsüm "blauqrana"nın forması ilə ümumilikdə 21 matça çıxan təcrübəli futbolçu 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.