"Napoli"nin yarımmüdafiəçisi Elif Elmas qış transfer pəncərəsi dönəmində iş yerini dəyişəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 24 yaşlı oyunçu Almaniyanın "Leyptsiq" klubuna satılacaq. Mənbə Neapol təmsilçisinin bu keçiddən 25 milyon avro qazanacağı vurğulanıb. Makedoniyalı türkün dekabrın sonlarında tibbi müayinədən keçəcəyi bildirilib.
"Corriere dello Sport" isə məlumatı "Neapol"un prezidenti Aurelio De Laurentisdən dəqiqləşdirib. Klub başqanı informasiyanın doğru olduğunu söyləyib: "Bəli, Elması artıq satmışam".
Qeyd edək ki, 2019-cu ildən "Napoli"nin formasını geyinən Elif Elmas cari mövsüm bütün turnirlərdə 16 matça çıxaraq 2 qol vurub.