İngiltərənin "Nyukasl" klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, "sağsağanlar"ın əsas transfer hədəflərindən biri "Lill"in hücumçusu Conatan Deviddir. Mənbə Devidin Fransa təmsilçisi ilə müqavilə yeniləməkdən imtina etdiyini və İngiltərədə oynamaq perspektivinə isti yanaşdığını vurğulayıb.
23 yaşlı Conatan "Nyu-York"da doğulsa da, Kanada millisinin formasını geyinir. O, 2020-ci ildən "Lill"in uğurları üçün çalışır. Sözügedən forvardın "doqlar"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Devidin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.