Milan "İnter"i müdafiəçisi Matteo darmianla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, Darmian müddəti 2025-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Qeyd edək ki, "Milan"ın yetirməsi olan 34 yaşlı Darmian cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.