Klublararası dünya çempionatının finalında “Mançester Siti” Braziliyanın “Fluminense” klubu ilə qarşılaşıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 4:0 hesablı qələbəni bayram edərək, nüfuzlu kubokun sahibi olan İngiltərə nəhənginin baş məşqçisi Pep Qvardiola tarixə düşüb.
Mənbənin məlumatına görə, "şəhərlilər"in baş məşqçisi tarixdə üç fərqli klubla bu turniri qazanan ilk məşqçi olub. İspan mütəxəssis bundan əvvəl "Barselona" və "Bayern" ilə klublararası dünya çempionatının qalibi olub.
"Mançester Siti" növbəti matçını çərşənbə günü, dekabrın 27-də keçirəcək. Pep Qvardiolanın komandası "Everton" ilə qarşılaşacaq.
Mirağa