Ötən gün klublararası dünya çempionatının final oyununda "Mançester Siti" Braziliyanın "Fluminense" klubuna 4:0 qalib gəlib.
Fanat.Az xəbər verir ki, həlledici matçın ən yaxşı oyunçusu ispaniyalı yarımmüdafiəçi Rodri Ernandes seçilib.
Qeyd edək ki, yarımmüdafiəçi bu il UEFA Çempionlar Liqasının finalında ən yaxşı oyunçu olub.
"Opta"nın hesablamasına görə, indiyə qədər bunu bir il ərzində cəmi iki futbolçu bacarıb. Söhbət argentinalı Lionel Messi (2011) və uelsli Qaret Beyldən (2018) gedir.