Hazırda Səudiyyə Ərəbistanı "Əl-Nəsr”isində çıxış edən ispan müdafiəçi Emerik Laport La Liqaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır. "Kral klubu" Laportu diz bağından zədə aldığı üçün mövsümün sonuna qədər sıradan çıxmış avstriyalı David Alabanın əvəzləyicisi kimi nəzərdən keçirir.
Emerikin "Əl-Nəsr"lə hazırki müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. Müdafiəçinin transfer dəyəri 25 milyon avro qiymətləndirilir.
Mirağa