İtaliyanın "İnter" klubu iki əsas oyunçusunu itirib.
Fanat.Az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, sol cinah müdafiəçi Federiko Dimarko və hücumçu, eyni zamanda kapitan Lautaro Martinez zədələnərək sıradan çıxıblar.
Hər ikisində əzələ zədəsi var. Martinez "Bolonya" ilə kubok matçında, Dimarko isə ertəsi gün məşqdə zədələnib.
Həkimlərin rəyinə görə, hər ikisi təxminən iki həftə buraxacaqlar. Onlar 2023-cü ildə komandanın son iki oyununda - bu gün "Leççe", dekabrın 29-da isə "Cenoa" ilə qarşılaşmalarda komandaya kömək etməyəcəklər. Hər iki futbolçunun yanvarın 6-da “Verona”ya qarşı oyunda çıxacağı gözlənilir.
Mirağa