İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Liverpul" - "Arsenal" matçında maraqlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, "topçular"ın hücumçusu Qabriel Jezusla birəbir mübarizə zamanı referi Kris Kavananın qərarından narazı qalan Vircil van Deyk ədalət təmsilçisinə etiraz edib.
Belə ki, "qırmızılar"ın niderlandlı müdafiəçisi Jezusun qaydanı pozmadığını bildirən hakimə əli ilə içki jesti göstərərək atmaca atıb: "Bu gün nə içmisən?"