Yay transfer pəncərəsində “Neftçi”dən ayrılaraq Serbiyanın "Partizan" klubuna keçən Mateus Saldanya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul klubunun rəsmiləri 24 yaşlı futbolçu üçün paytaxt Belqrada gələrək onun matçını izləyiblər.
Qeyd edək ki, Saldanya cari mövsümdə "Partizan" forması ilə Serbiya çempionatında 18 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürməyə imza atıb.
Nahid Məmmədov