"Mançester Siti"nin argentinalı hücumçusu Xulian Alvares İspaniya nəhənglərinin birinə keçməyi arzuladığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" onun dediklərini belə çatdırıb:
"Real", yoxsa "Barselona" ? Doğrusu budur ki, "Mançester Siti"də çox xoşbəxtəm. Bir ildən bir qədər çoxdur ki, klubdayam. Qazandıqlarımıza görə özümü çox xoşbəxt sayıram. Həm futbolçu, həm də bir insan kimi böyümüşəm. Arzulamağa davam edir və mümkün qədər çox titul qazanmaq istəyirik. Hədəfimiz toparlanmaq və yeni uğurlara imza atmaqdır".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 26 matça çıxan Alvares 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.