FIFA Braziliya Futbol Konfederasiyasına (CBF) sözügedən ölkənin milli komandasının və klublarının beynəlxalq yarışlardan kənarlaşdırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.
Buna səbəb CBF-yə yeni prezident seçkisi ilə bağlı mümkün müdaxilə ehtimalıdır.
Dekabrın əvvəlində Rio-de-Janeyro əyalət məhkəməsinin qərarı ilə 2022-ci ildəki seçkidə prosedur pozuntularına görə CBF-nin prezidenti Ednaldo Rodrigesi vəzifəsindən kənarlaşdırılıb. Məktubda iddia olunub ki, FİFA CBF rəhbərinin dəyişdirilməsi prosesindən narahatdır.
FİFA-nın nümayəndə heyəti yanvarın 8-də seçki prosesi ilə bağlı Braziliyada olacaq. Beynəlxalq futbol qurumu milli federasiyanı onun icazəsi olmadan seçki keçirəcəyi halda fəaliyyətinin dayandırılacağı barədə xəbərdar edib.
Qeyd edək ki, FİFA Nizamnaməsi dövlət orqanlarının milli futbol federasiyalarının işlərinə qarışmamasını nəzərdə tutur.
Mirağa