Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu İtaliya "İnter"inin çilili oyunçusu Aleksis Sançesə müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "AImodrj" yayıb.
Ərəb klubunun sosial şəbəkə hesabı olan mənbə iddia edib ki, baş məşqçi Marselo Qalardo ulduz futbolçu ilə şəxsən əlaqə saxlayıb və onu qışda komandaya dəvət edib.
Qeyd edək ki, Sançes bu mövsüm zədə səbəbindən çox oynamayıb. Onun hesabında cəmi 12 matç və iki qol var.
Çililinin "neradzurri" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Milan klubu onunla yeni müqavilə imzalamağı düşünmür. Ancaq klubun qışda futbolçunu buraxıb-verməyəcəyi bilinmir və Aleksisin özünün də fikri bəlli deyil.
Mirağa