"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun xidməti üç Liqa 1 təmsilçisinə təklif edilib.
Xəbərə görə, bu klublardan biri "Lill"dir. Mənbə Linqardın yüksək maaş tələbindən əl çəkdiyini, lakin Böyük Britaniya Avropa İttifaqından çıxdığı üçün onun Fransada legioner sayılacağını da xatırladılıb.
Xatırladaq ki, Linqard bu ilin yayından azad agent statusu daşıyır. O, payızda bir müddət Stiven Cerrardın çalışdırdığı "Əl-İttifaq"ın düşərgəsində məşq etsə də, yekunda Səudiyyə Ərəbistanı təmsilçisi ilə münasibətləri rəsmiləşdirməmişdi.