"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu Hotspur təmsilçisinin qış transfer pəncərəsindəki planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Transfer bazarında operativ hərəkət etməliyik. Kristian Romeronu itirdiyimiz üçün (zədə səbəbindən 4-5 həftə oynamaycaq -red.) demirəm. Sadəcə, vaxt itirməli deyilik. Gözaltı etdiyimiz oyunçuları mümkün qədər tez transfer etməliyik".
Qeyd edək ki, 18 tura 35 xal toplayan "Tottenhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Hotspurlular lider "Liverpul"dan 6 xal geri qalırlar.