"Monako"nun futbolçusu Jelson Martinş karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Brunu Andrade yayıb.
Xəbərə görə, Martinşin xidmətində "Nottingem Forest" maraqlıdır. Mənbə hazırda "meşəbəyilər"in futbolçu barədə məlumat topladıqlarını və səhhətində hər hansı problem olmadığını dəqiqləşdirəndən sonra Fransa təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırdıqlarını vurğulayıb.
Qeyd edək ki, Martinş 2019-cu ildən "Monako"nun uğurları üçün çalışır.