"Mançester Yunayted" əsas qapıçısı Andre Onananın xidmətindən 1 ay yararlana bilməyəcək.
Fanat.Az xəbər verir ki, Kamerun yığmasının heyətində Afrika Millətlər Liqasına qatılacaq qolkiper "qırmızı şeytanlar"ın oyunlarını buraxmaq məcburiyyətində qalacaq.
Sözügedən turnir 13 yanvar - 11 fevral aralığında Fil Dişi Sahilində keçiriləcək. Bu isə o deməkdir ki, MY-nin baş məşqçisi Erik ten Haq həmin müddətdə böyük ehtimalla, türk qapıçı Altay Bayındıra güvənəcək.
Onana Mançester təmsilçisinə bu ilin yayında "İnter"dən transfer olunub.
Bayındıq indiyədək "qırmızı şeytanlar"ın forması ilə rəsmi matça çıxmayıb.