"Milan" heyətini iki müdafiəçi gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Xəbərə görə, İtaliya nəhəngi PSJ-dən Nordi Mukieleni, PSV-dən isə Cordan Tezeni transfer etməkdə qərarlıdır. Mənbə "qırmızı-qaralar"ın sözügedən futbolçuların klublarına rəsmi təklif göndərməyə hazırlaşdıqlarını vurğulayıb.
Mukiele bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 9 oyuna çıxıb, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Cari "futbol ili"ndə Amsterdam klubunda 25 matç keçirən Teze isə 1 qol vurub.